​Hindistanın baş nazirinin tviter hesabı sındırılıb

​Hindistanın baş nazirinin tviter hesabı
13:15 12.12.2021
204 Dünya
A- A+

Hakerlər Hindistanın baş naziri Narendra Modinin rəsmi tviter səhifəsini sındırıb.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Hindistanın baş nazirinin ofisi məlumat yayıb.

Hesabın sındırıldığı müddət ərzində Hindistanın “Bitcoin”i rəsmi olaraq qanuni ödəniş vasitəsi kimi qəbul etdiyi və ölkənin öz vətəndaşlarına paylayacağı rəqəmsal valyuta aldığını bildirən saxta tvit yazılıb.

Hindistanın baş nazirinin tviterdə 73,4 milyon izləyicisi var. Buna görə də sosial şəbəkələrdə yalan məlumatlar sürətlə yayılır.

Hindistanın baş nazirinin nümayəndələri insidentin nə vaxt baş verdiyini dəqiqləşdirməsələr də, hakerlərin hesaba çox qısa müddət ərzində nəzarət etdiklərini əmin ediblər. Qeyd olunub ki, “Twitter”ə bildiriş göndərilib və hesabın təhlükəsizliyi dərhal təmin edilib.