Türk Dövlətləri Təşkilatı özünün tviterdəki səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib.
SÜLH.İNFO.az xəbər verir ki, paylaşımda deyilir:
“Dekabrın 12-si dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu münasibətlə Türk Dövlətləri Təşkilatı olaraq müasir Azərbaycanın Ulu Öndərini və Qurucusunu dərin ehtiramla yad edirik”.
Xatırladaq ki, noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.