​Omikronun canlı peyvənd olması... – İnfeksionist

​Omikronun canlı peyvənd olması...
11:30 12.12.2021
A- A+

Omikronun canlı peyvənd ola biləcəyi ilə bağlı iddialara aydınlıq gətirilib.

SÜLH.İNFO.az  Trend-ə istinadla xəbər verir ki, bu barədə açıqlama verən Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov hələlik bu yöndə elmi tədqiqat nəticəsi olmadığını deyib.

"Canlı peyvənd dedikdə Omikron ştammının daha yüngül formada xəstəlik yaradaraq, bunun sayəsində immunitet qazana biləcəyimiz nəzərdə tutulur. Sanki xəstəliyə yoluxarkən peyvənd vurdurmuş kimi oluruq. Lakin Omikron ştammının digər COVİD-19 ştammlarından daha yüngül xəstəlik yaratdığına dair elmi tədqiqat nəticəsi yoxdur. Ona görə də nəticələri gözləmək lazımdır", - deyə o bildirib.