​“Pfizer” Omikrona qarşı 32 dəfə az effektivdir – Alimlər

​“Pfizer” Omikrona qarşı 32 dəfə az effektivdir
14:30 12.12.2021
213 Dünya
A- A+

“Pfizer” peyvəndi Omikron ştammına qarşı koronavirusun ilkin variantı ilə müqayisədə 32 dəfə az effektivlik göstərdi.

SÜLH.İNFO.az  xəbər verir ki, Honkonq Universitetinin alimləri bu nəticəyə gəliblər.

“Bu peyvəndin ilk iki dozasından sonra insanların əksəriyyətində koronavirusun ilkin variantına qarşı antiviral yüksək səviyyədə idi, lakin bu qabiliyyət Omikron variantına qarşı 32 dəfə azalıb”, - universitetin Tibb fakültəsinin professoru Malik Peyris deyib.

Alimlər Çinin “Sinovak” şirkəti tərəfindən hazırlanan peyvəndin Omikron ştammına qarşı effektivliyi ilə bağlı tədqiqatın nəticələrini təqdim etmək niyyətindədir. Amma bu peyvənd “Pfizer”lə müqayisədə daha az effektiv hesab edilir.