“Can Azərbaycanın ümumilli lideri Heydər Əliyevi vəfatının 18-ci ildönümündə rəhmətlə anıram”
SÜLH.İNFO.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar twıtter səhifəsindəki paylaşımında yazıb.
M.Çavuşoğlu H.Əliyevin “Bir millət iki dövlət” şüarını xatırladaraq bildirib ki, Azərbaycanla Türkiyə bu şüar altında qardaşlığını və ulu öndərin xatirəsini əbədi yaşadacaq.