Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda əbədiyaşar liderin xatirəsini yad ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SÜLH.İNFO.az-a bildiriblər ki, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazirliyin bir qrup rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıb.