"İndiyə qədər Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda yaratdığı gömrük postlarından 2 mln manata yaxın vəsait toplayıb".
SÜLH.İNFO.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Səfər Mehdiyev deyib. "Həmin yol Azərbaycan ərazisidir. Ölkəmizə başqa gömrük postlarından daxil olan xarici vətəndaşlar hansı vergi və rüsumları ödəyirsə, Gorus-Qafan yolundakı gömrük postlarından keçənlər də eyni qaydada ödəniş edirlər", - deyə o, qeyd edib.