Saatlı rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SÜLH.İNFO.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Həsən Məmmədovdan müvafiq sənədləri olmayan “İj-18EM" markalı ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.