Azərbaycan və Ermənistan liderlərinin birbaşa təmaslarının davam etməsini alqışlayırıq.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Liderlərin görüşü dünən axşam baş tutub. Müzakirələrin məzmunu ilə bağlı məlumatlar gəlməyə davam edir. Biz əlbəttə ki, bu məlumatları analiz edirik. Ümid edirik ki, baş tutan müzakirələrin yekunu Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının reallaşmasına kömək edəcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.