Brüsseldə "ŞərqTərəfdaşlığı"na üzv ölkələrin liderlərinin sammiti öz işinə başlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts "Twitter"də bildirib.
Onun sözlərinə görə, görüşdən sonra Aİ Şurasının Prezidenti Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransı keçirəcək.
Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını təsdiq etmək, ortaq dəyərlər əsasında gələcək prioritet və planları müəyyənləşdirmək üçün bir araya gəlirlər.