​Xırdalanda parkda baş verən faciənin əsl səbəbi nədir? - İLGİNC DETALLAR +VİDEO

​Xırdalanda parkda baş verən faciənin əsl səbəbi nədir?
13:00 13.06.2023
132 Hadisə
A- A+
Bir neçə gün əvvəl Xırdalanda qadının attraksiondan yıxılaraq dünyasını dəyişməsi bu cür qurğulara nəzarət və təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Belə ki, övladları ilə birlikdə delfin şəkilli karuselə minən 36 yaşlı Minayə Nuriyevanın karuselin 2-ci qoşqusundan yıxıldığı bildirilir.

"Ağır xəsarətlər alan qadın  xəstəxanada vəfat edib."

Bəs 5 dəqiqəlik əyləncəni ölümə çevirən maşına necə nəzarət olunur?

Həmçinin oxuyun: Prokurorluq attraksionda ölən qadınla bağlı MƏLUMAT YAYDI

Bu cür hadisələrin baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər görülürmü?

Atraksiona baxarkən vəziyyətin heç də ürəkaçan olmadığı qənaətinə gəlmək olar. Ancaq qurğunun nəzarətçisi Tural Yusifov hadisə zamanı təhlükəsizliklə bağlı bütün tədbirlərin görüldüyünü deyir.

Hadisə şahidləri və parka gələnlərin isə hadisə və attraksionlara nəzarətlə bağlı fikirləri müxtəlifdir.

Zərərçəkmiş tərəfin də fikirlərini öyrənmək üçün Minayə Nuriyeavnın Xırdalan şəhər Səttar Bəhlulzadə küçəsində yerləşən evinə yollandıq. Qonşular bildirdilər ki, dəfn mərasimi ilə bağlı  ailə hazırda rayonlardan birindədir.

Baş Prokuroqluqdan isə "Xəbər Ertəsi"nə bildirildi ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: