Mütəxəssislərin fikrincə, iPhone 15 seriyası əhəmiyyətli dərəcədə baha ola bilər.
iPhone 14 üçün beynəlxalq qiymət artımlarını düzgün proqnozlaşdıran analitik Dan Ives, Apple-ın iPhone 15 üçün oxşar strategiya izləyəcəyini gözləyir.
Ives şirkətin yeni smartfonlarının qiymətlərini orta hesabla 200 dollar qaldıra biləcəyini bildirib.
Hesablamalara görə, iPhone 15 Pro 999 dollar əvəzinə 1199 dollara, iPhone 15 Pro Max isə 1099 dollar əvəzinə 1299 dollara satıla bilər.
Apple-ın 2023-cü ildə 235-240 milyon iPhone 15 çıxaracağı xəbərlər arasındadır.
Qeyd edək ki, ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti maraqla gözlənilən iPhone 14 modellərini keçən ilin sentyabrında təqdim etdi.
iPhone 14-ün təqdimatından çox vaxt keçməyib, lakin bu il satışa çıxarılacaq iPhone 15 modelləri ilə bağlı artıq sızmalar başlayıb.
Apple-ın iPhone 15 modellərini Fransada satmağı planlaşdırdığı iddia edilib.
iPhone 15 modellərində eSİM texnologiyasından istifadə ediləcək və fiziki SİM kart yuvaları çıxarılacaq.
eSİM texnologiyası ilə əlavə SİM kart almağa ehtiyac olmayacaq.