​Bakıda DƏHŞƏT - can qurtarmağa gedirdi, 22 yaşlı gənci...

​Bakıda DƏHŞƏT
09:22 14.06.2023
118 Hadisə
A- A+
Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

Çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü Mikayılov İsa Elçin oğlunu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. ("Report")