​Azərindan maraqlı açıqlama - "Ərdoğan mənə demişdi ki..."

​Azərindan maraqlı açıqlama
10:56 14.06.2023
135 Maqazin
A- A+
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana sonuncu səfəri zamanı "Gülüstan" sarayında Xalq artisti Azərin "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirmişdi. Prezidentlər Azərinin çıxışını ayaqüstə alqışlamışdı.

Azərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı xatirələrini "Sabah"la bölüşüb. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan Baş nazir olanda Azərbaycana gəlib və ona bu sözləri deyib: "Gülüstan" sarayında "Çırpınırdı Qara dəniz" mahnısını ifa edəndən sonra mənə yaxınlaşdı və heç vaxt unutmayacağım bir cümləni dedi: "Azərin xanım, söz verirəm, biz Azərbaycan bayrağını Qarabağda asacağıq!"

Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” mahnısını sözlərinin sonuna bir düzəliş etdiyini bildirən Azərin qeyd edib ki, mahnıya "Azərbaycan bayrağını Qarabağda asacağız" kimi əlavə etmişdim: "Allah bunu dua kimi qəbul etdi. Mən illərdir bu əsəri o cür ifa etdim".