Mixail Saakaşvili həbsxanaya qaytarıla bilməz. Həkimlər konsiliumu hökumətə onun diaqnozu ilə bağlı məlumat verib.
SÜLH.İNFO.az xəbər verir ki, eks prezidentdə post travmatik stress təşviş pozuntusudur.
Ona görə də onun hərbi hospitaldan geri həbsxanaya qaytarılması məsləhət deyil.
Bu barədə brifinqdə nevroloq Tengiz Çuladze bildirib.
“Bu insanda penitensiar binada yaşadığı stress, travma sonrası pozğunluq var. Xüsusən Qldani həbsxanasında. Ona görə onun müalicəsə elə bir şəraitdə aparılmalıdır ki, ona stress aldığı həmin yeri, şəraiti xatırlatmasın, əksinə sakitləşdirsin. Saakaşvili həbs olunduqda, bir həbsxanadan digərinə köçülükdükdə, eləcə də həbsdə digər məhkumların ona qarşı davranışından bu stresi qazana bilərdi. Eləcə də aclıq günləri onun psixikasında təhlükəli vəziyyət yarada bilər. Saakaşvili həkim və psixiatr, psixoloqlar nəzarətində müalicə almalıdır”.