​Bu məhsulu yeməyin - Ətyeyən bakteriya insanı öldürür

​Bu məhsulu yeməyin
11:28 14.06.2023
126 Maraqlı
A- A+
ABŞ-da bir nəfər çiy dəniz molyuskası yedikdən sonra ölüb.

Məlum olub ki, molyuskalarda amerikalının ölümünə səbəb olan ətyeyən bakteriyalar var.

54 yaşlı kişi Missuri ştatındakı mağazalardan birindən molyuska alıb. Yeməkdən sonra özünü pis hiss edib və həkimlərə müraciət edib. Müayinə zamanı məlum olub ki, xəstə Vibrio vulnificus kimi tanınan bakteriyaya yoluxub. Bir qayda olaraq, bu parazit növü çiy və az bişmiş dəniz məhsullarında yaşayır.

İctimai səhiyyə şöbəsi molyuskanın necə satıldığını öyrənməyə çalışır. Yerli polis də məsələni araşdırır.

Bundan əlavə, mərhumla eyni mağazadan molyuska alan digər şəxsləri də araşdırır./Cebhe.info