İstanbulda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı 30-a yaxın şübhəli saxlanılıb.
Bu barədə “Sabah” nəşri məlumat yayıb. Qeyd olunur ki, rayon polis idarəsinin maliyyə cinayətlərinin araşdırılması şöbəsinin qrupları prokurorluqla razılaşdıraraq, “Kaynak Holdinq”ə bağlı 122 şirkət, assosiasiya və fonddan daxil olan 975 diskdən məlumatları öyrənib.
Araşdırma başa çatdıqdan sonra 36 ünvanda eyni vaxtda əməliyyat keçirilib və FETÖ ilə əlaqədə şübhəli bilinən 28 nəfər saxlanılıb.
4 şübhəli xaricdədir. Bundan başqa, təhlükəsizlik qüvvələri daha 2 şübhəlinin saxlanılması üçün əməliyyatı davam etdirir.