Sulh.info.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Toğrul Nəsirli bildirib ki, ''Son zəng'' tədbirlərinə sürücülük hüququ olmadan avtomobil idarə edərək gələn məzunlar və nəqliyyat vasitəsinin sahibləri cərimə olunacaq.
Bu cür halların qarşısını almaq məqsədi ilə paytaxtla yanaşı, bölgələrdə də məktəblərin ətrafında polis gücləndirilmiş rejimdə işləyəcək. Qeyd edək ki, sürücülük hüququ olmadan avtomobil idarə edən məzunlar inzibati qaydada 100 manat, avtomobil sahibləri isə 60 manat cərimə ediləcək. Yol polisi ''Son Zəng'' günü məktəblərin ətrafında dayanma və durma qaydasını pozacaq sürücülərə də xəbərdarlıq edib.
Qeyd edək ki, dayanma və durma qaydasının pozulmasına görə sürücülər barəsində 20 manat cərimə tətbiq olunacaq. Hərəkətə maneə yaradan sürücülərin avtomobilləri isə ərazidən evakuasiya ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: