​Paşinyanın təhlükəsizliyi gücləndirilir - Deputatlardan telefonları da yığılır - KİV

​Paşinyanın təhlükəsizliyi gücləndirilir
12:21 14.06.2023
120 Dünya
A- A+
Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik xidməti təhlükəsizlik tədbirlərini gücləndirib.

Sulh.info.az Trend-ə istinadən xəbər verir ki, baş nazirin təhlükəsizlik xidməti görüşdən əvvəl bütün deputatlardan telefon və "ağıllı saat"ları yığır. Bu barədə Ermənistanın "Joğovurd" qəzeti məlumat yayıb.

Bunu hakim "Vətəndaş Müqaviləsi" partiyasının nümayəndəsi Ovik Ağazaryan "Bu, onların "diqqətinin yayınmaması və "TikToka" girməmələri üçündür", - deyə şərh edib.