​Azərbaycanda bu şirkət LƏĞV OLUNUR

​Azərbaycanda bu şirkət LƏĞV OLUNUR
12:43 14.06.2023
A- A+
Novocapital İnvestisiya Şirkəti” QSC ləğv olunduğunu elan edib.

Sulh.info.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 15 A, mənzil 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Novocapital İnvestisiya Şirkəti” ötən ay yaradılıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Həmdulla Natiq oğlu Əzizovdur. Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.