Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Ermənistanla münasibətlərimizin normallaşmasına əhəmiyyətli töhfə verəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Bütün əziyyətlərdən sonra regionda sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik", - deyə R.T.Ərdoğan əlavə edib.