​Azərbaycanda Baş nazir, nazirlər bu qədər məvacib alır - FOTOFAKT

​Azərbaycanda Baş nazir, nazirlər bu qədər məvacib alır
09:55 15.06.2023
157 Ölkə
A- A+

Ötən ildən başlayaraq Azərbaycanda bir sıra dövlət qurumlarında vəzifə maaşlarının artırılmasına başlanıb. Elə ötən ilin iyun ayında millət vəkillərinin maaşları təxminən 7 min manata qaldırılıb.

Deputatların maaşı həmin vaxt orta aylıq əmək haqqı ilə müqayisədə azı 8 dəfə artırıldı.

Baş nazir və dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin də maaşı nəzərəçarpacaq dərəcədə artıb. Maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olmaq mümkündür. Həmin fərman inernet resurslarına yerləşdirilməyib.

1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmana görə, Baş nazir, müavinləri, nazirlər, onların müavinləri və digər yüksək vəzifə sahiblərinin maaşları diqqət çəkən məbləğdə artıb.

Məsələn, Baş nazirin 2018-ci ildə 2460 manat olan vəzifə maaşı indi 3690 manatdır. Üstəlik, 1609 nömrəli Fərmana görə, o, vəzifə maaşının iki misli həcmində əlavə alır. Bu isə vergilərsiz və digər tutulmalar olmadan təxminən 11 min manat edir.

 

Bu, Baş nazirin birinci və digər müavinlərinə də aiddir. Belə ki, Baş nazirin 1-ci müavinin maaşı 2160 manatdan 3260 manata qalxıb. Vəzifə maaşının 2 misli əlavəsi ilə birgə 1-ci müavinin aylıq qazancı təxminən (vergilərsiz və digər sosial tutulmalar olmadan) 10 min manat civarındadır. (BBC Azərbaycan)