​Poliklinika və xəstəxanalarda yaranan sıxlığın səbəbləri nələrdir? - VİDEO

​Poliklinika və xəstəxanalarda yaranan sıxlığın
15:43 15.06.2023
135 Sosial
A- A+
İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrinə axın artıb. Bu isə poliklinika və xəstəxanalarda hər gün sıxlığa səbəb olur.

Sulh.info.az Xəzər TV-yə istinadən xəbər verir ki, ancaq bu sıxılığın aradan qaldırılması istiqamətində indiyə qədər, demək olar ki, iş görülməyib. Çünki bir neçə tibb müəssəsində apardığımız müşahidələr zamanı da bunun şahidi olduq.
Vətəndaşlar deyir ki, xidmətlərdən yararlanmaq üçün saatlarla, bəzən isə günlərlə gözləməli olurlar.
Vətəndaşların fikrincə, sıxılığın əsas səbəbi növbə mexanizminin tənzimlənməməsidir.
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşlar ailə həkiminə müraciət zərurəti olmadığından birbaşa ixtisaslı həkimlərə müraciət edirlər.
"Bu da insturmental-labarator müayinələrin artmasına və kifayət qədər çox növbənin yaranmasına səbəb olur."
Bundan başqa, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər isə növbəsiz şəkildə qəbul olunur.
Qurumdan həmçinin qeyd edildi ki, böyük tibb mərkəzlərində növbə sistemi artıq qurulub və qeydiyyatçıların sayı artırılıb.
"E-təbib" tətbiqi isə randevu və onlayn qeydiyyat sistemini tənzimləməyə hesablanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: