​Qadının parkda attraksiondan yıxılıb ölməsi ilə bağlı YENİ XƏBƏR

​Qadının parkda attraksiondan yıxılıb ölməsi ilə bağlı
11:17 16.06.2023
121 Hadisə
A- A+
Xırdalanda qadının parkda atraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanıb.

Baş prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.