Türkiyə lirəsi dollar qarşısında dəyər itirməkdə davam edir. Son 10 gündə lirə dollara nisbətdə təminən 16 faiz ucuzlaşıb.
Qardaş ölkədə milli valyutanın ucuzlaşması həmin ölkənin istehsal etdiyi məhsulların Azərbaycana ixrac qiymətinə də təsir edir.
Belə ki, şirkət məhsulu istehsal edib anbarlara təhil verdikdən sonra alıcı onu yeni məzənnə ilə aldığı üçün ucuz başa gəlir.
Millət vəkili Vüqar Bayramov AzTV-yə bildirib ki, əgər lirənin məzənnəsindəki azalmalar davam edərsə, Türkiyədən Azərbaycana idxal edilən məhsulların qiymətinə təsir göstərəcək.