Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.
Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib. O, İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovun "çempionatda 12 komanda olacaq" açıqlamasını təkzib edib və komanda sayının dəyişdirilməyəcəyini söyləyib:
"Premyer Liqada komanda sayı artırılmayıb. Bu məsələ əvvəldən də nəzərdə tutulmamışdı, gündəmdə də yox idi. Ola bilər, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq"./Publika.az