Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Azərbaycanla aparılan sülh danışıqları və Həkəri körpüsündə törətdikləri təxribat haqda danışıb.
Kostanyan bu barədə jurnalistlərlə söhbətində məlumat verib:
“Həkəri körpüsündə baş verən insidentlə bağlı Xarici İşlər Nazirliyi öz mövqeyini və narahatlığını təqdim edib, gəlin rəsmi cavabları gözləyək. Mövqeyimizi Rusiya səfirinə təqdim etmişik”.
O, sülh müqaviləsinə toxunaraq əlavə edib ki, ölkələr fundamental məsələlərdə razılığa gələ bilmirlər:
“Tərəflərin fikirləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam etdiriləcək”.