Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar və şiddət göstərilib.
Referans.az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqırıb və fiziki təzyiq göstərib. Üstəlik onun valideynlərini digər azyaşlıların gözü önündə qeyri-etik ifadələrlə söyüb.
Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub. Görüntünün hansı bağçada çəkildiyi məlum deyil.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən dərhal reaksiya gəlib. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında həmin görüntünün 3 il əvvələ aid olduğunu bildirib:
"Həmin video Nizami rayonu 264 nömrəli uşaq bağçasında çəkilib və görüntülər 3 il əvvələ aiddir. Həmin vaxt isə zəruri tədbirlər görülüb"- deyə DİN rəsmisi əlavə edib.
Həmin görüntüləri təqdim edirik.