​Nazir onu baş direktor təyin etdi

​Nazir onu baş direktor təyin
20:35 16.12.2021
378 Ölkə
A- A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ("Baktelecom") yeni baş direktoru təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə texnika elmləri namizədi, "Rabitə ustası" Mərdanov Nail Teyyub oğlu təyin edilib. O, bu ilin fevral ayında "Baktelecom"a baş direktorun müavini təyin olunmuşdu.

Xatırladaq ki, nizamnamə kapitalı 4.3 milyon manatdan artıq olan "Bakı Telefon Rabitəsi” MMC dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 mindən çox müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri - telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan IP telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir. Qurumun tabeliyində 6 Rabitə xidmətləri mərkəzi, həmçinin "Azərrabitəlayihə” MMC və "AzEuroTel” MMC fəaliyyət göstərir.