Bu gün Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb