​Yaşayış binalarında ofislər bu qaydada yerləşdirilməlidir

​Yaşayış binalarında ofislər bu qaydada
20:59 16.12.2021
583 Sosial
A- A+

Yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər.

Sülh.info.az-ın məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bu zaman Normaların 7.2.13-cü yarımbəndinin ( İctimai təyinatlı sahələrin binanın yaşayış hissəsindən təcrid olunmuş girişləri və təxliyyə çıxışları olmalıdır) tələbləri nəzərə alınmalıdır.

 

Hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansarda mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.