Bakıda tikinti şirkəti yaşayış olan evi uçurub.
Hadisə paytaxtın Nərimanov rayonu, Əliağa Vahid küçəsi 16, mənzil beş ünvanında qeydə alınıb.
Hadisə zamanı evdə iki azyaşlı uşaq və iki qadın olub. Onları uçmuş daşların arasından qonşuları və əraziyə cəlb olunmuş aidiyyəti qurumların əməkdaşları çıxarıb.
Zərəçəkən Elnur Bağırov deyir ki, hadisəni törədən Qaya Qala tikinti şirkəti sözügedən ərazidə çoxmərtəbəli binalar inşa edir. Amma o şirkətin verdiyi kompensasiya ilə razılaşmadığı üçün öz mənzilini tərk etmir.
Nəticədə, həmin tikinti şirkəti dekabrın 15-də axşam saatlarında heçbir xəbərdarlıq etmədən evi uçurub.