NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin nə zaman tamhüquqlu alyans üzvü olacağı ilə bağlı sualına cavab verməyib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkə səhifəsində yazıb.
“Bu gün səhər prezident NATO rəhbəri ilə görüşdü. Bir çox məsələlər ətrafında müzakirə aparıldı. Görüşdə hər şey çox yaxşı idi, lakin həqiqəti söyləmək lazım gələrsə yeganə mənfi cəhət o idi ki, Ukraynanın nə zaman NATO üzvü olacağını söyləmədilər. Hərçənd biz soruşmuşduq, cavab vermədilər”, - deyə nazir bildirib.