Goranboyda zəhərlənmə hadisəsi olub.
SÜLH.İNFO.az -ın məlumatına görə, hadisə Veyisli kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü A.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb. A.İsmayılovaya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalara başlanılıb.