​Qaydaları pozan toy sahibləri cərimələndi

​Qaydaları pozan toy sahibləri
19:18 17.12.2021
293 Toplum
A- A+

Karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələnib.

SÜLH.İNFO.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəbqubalı kənd sakini Tağı Tahir oğlu Məhərrəmov və rayonun Sığırlı kənd sakini Kamran Ağahüseyn oğlu Kərimovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Müəyyən olunan qayda pozuntusu ilə bağlı hər iki ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati xətalar məcəlləsinin müvafiq bəndinə əsasən ayrı-ayrılıqda 200 manat miqdarında cərimə tətbiq olunub.

 

 

 

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.