​COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmləri hazırlanacaq

​COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmləri
20:40 17.12.2021
449 Sosial
A- A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb.

Səhiyyə Nazirliyindən SÜLH.İNFO.az-a bildirilib ki, İşçi Qrupun təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar”ı qəbul olunub.

“Bu Qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib. Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq”, - Nazirlikdən bildirilib.