Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SÜLH.İNFO.az -a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Günəşli kənd sakinləri S.Hüseynov və S.Məmmədovdan qanunsuz olaraq saxladıqları “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.