Xəbər verdiyimiz kimi, Türkiyə lirəsi bir müddətdir dollar qarşısında dəyər itirməkdədir. Lirənin ucuzlaşması mamatın da Türkiyə milli valyutası qarşısında güclənməsinə səbəb olub.
SÜLH.İNFO.az xəbər verir ki, məşhur türkiyəli müğənni, "Athena” qrupunun solisti Gökhan Özoğuz lirənin ucuzlaşması ilə bağlı Tvitter hesabında ironik paylaşım edib.
"1 Azərbaycan manatı = 10 Türk lirəsi.
Hər şey üçün təşəkkürlər”, - müğənni qeyd edib.
Onun paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.