​İran nüvə xəyalını gerçəkləşdirir

​İran nüvə xəyalını
23:59 17.12.2021
300 Dünya
A- A+

İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı komissiya bu gün Vyanada fəaliyyətini bərpa edəcək.

Qaynarinfo xəbər verir ki, bunu İranın Xarici İşlər nazirinin müavini Əli Bağıri "Twitter@ səhifəsində yazıb. Onun sözlərinə görə, mövcud vəziyyəti dəyərləndirərək irəli getməyin yolları müzakirə olunacaq:
 
"Dünən başqa nümayəndə heyətləri ilə məşvərətimizdən sonra mövcud vəziyyəti dəyərləndirərək irəli getməyin yollarını müzakirə etmək üçün Enrike Mora ilə görüşümüz olub. Bu həftə xeyli irəliləyişə nail olmuşuq. Bir neçə günlük fasilədən sonra bu gün Birgə Komissiyanı toplayaraq danışıqları davam etdirəcəyik”.

Xatırladaq ki, JCPOA ilə bağlı birgə komissiyanın dekabrın 9-dakı son iclası danışıqların 7-ci mərhələsi çərçivəsində sayca ikinci görüşdür. Noyabrın əvvəlindən başlayan bu mərhələnin başlıca gündəliyi İrana qarşı ABŞ sanksiyalarına xitam verilməsidir.