​Evini tərk edən daha bir koronavirus xəstəsi saxlanıldı

​Evini tərk edən daha bir koronavirus xəstəsi
09:20 18.12.2021
299 Toplum
A- A+

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Türkədi kənd sakini Kənan Qasımovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sülh.info.az-a verilən məlumata görə, həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar RPŞ-də araşdırmalar aparılır.