​Ağakərim yenidən insult keçirdi

​Ağakərim yenidən insult
10:59 18.12.2021
A- A+

Uzun müddətdir səhhətindəki problemlərlə mübarizə aparan meyxanaçı Kərim Novruzov (Ağakərim) yenidən insult keçirib. 

Bu barədə onun dostu, həmkarı Ağamirzə Məmmədov “Günün sədası” proqramına məlumat verib. O bildirib ki, söz ustadı bir həftə əvvəl insult keçirib. Onun vəziyyəti birdən pisləşib, gözləri qaralıb. Sonra oğlu Kamilin evə gətirdiyi həkim atasının insult keçirdiyini deyib.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.