​Daha 9 nəfər toylara görə cərimələndi

​Daha 9 nəfər toylara görə
11:15 18.12.2021
300 Toplum
A- A+

Dekabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 326 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən SÜLH.İNFO.az-a  verilən məlumata görə, monitorinq 318 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb