​Bayden xalqa "omikron" təhlükəsi ilə bağlı müraciət edəcək

​Bayden xalqa
10:40 19.12.2021
251 Dünya
A- A+

ABŞ Prezidenti Cozef Bayden ölkədə COVID-19-un “omikron” ştammının yayılması ilə əlaqədar xalqa müraciət etməyə hazırlaşır.

SÜLH.İNFO.az-ın məlumatına görə, bu barədə “NBC News” xəbər verib.

“Bayden çərşənbə axşamı “omikron” ştamının yayılması ilə bağlı çıxış edəcək. O, administrasiyanın icmalara kömək etmək üçün atacağı yeni addımlar barədə danışacaq”, – Ağ Evdəki mənbə nəşrə bildirib.

Bundan əlavə, Bayden artıq elan edilmiş "qış planı"na "peyvənd olunmamaq qərarına gələn amerikalılar üçün qışın nə olacağı barədə kəskin xəbərdarlıq da əlavə etməyi planlaşdırır.

Mənbə nəşrə onu da vurğulayıb ki, Bayden administrasiyası artan yoluxma hallarına hazırdır və Prezidentin özü komandasının “bu çağırışa necə cavab verəcəyini” izah edəcək.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Dünyada COVID-19-dan ən çox ölüm sayı da Birləşmiş Ştatlarda qeydə alınıb. Eyni zamanda ABŞ-da koronavirusun yeni və ən təhlükəli “omikron” ştamına yoluxma da aşkarlanıb.