Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cebhe.info-nun məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Atatürk prospektində avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Nəsirov Cavid Rasim oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.