Qazaxda yerli sakin özünü zəhərləyərək intihar edib.
Sülh.info.az xəbər verir ki, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü F.Ayvazov heyvanlar üçün istifadə edilən dərmanı qəbul edib.
O, ağır halda xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.