​İranda ilk dəfə "omikron" ştamına yoluxma qeydə alınıb

​İranda ilk dəfə
15:34 19.12.2021
284 Dünya
A- A+

İranın paytaxtı Tehranda koronavirusun "omikron" ştamı ilə ilk yoluxma halı qeydə alınıb.

Sülh.info.az IRIB telekanalına istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi yanında Yoluxucu Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quia bildirib.

Mərkəz rəhbəri qeyd edib ki, bu gün keçirilən fövqəladə iclasda ölkədə ilk "omikron" infeksiyasının təsdiqlənməsi ilə yanaşı, yeni sanitar-epidemioloji tədbirlər də müzakirə edilib.