Almaniyanın iki rus diplomatı ölkədən çıxarmaq qərarına cavab olaraq Rusiya Almaniyanın Moskvadakı səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik gələcəkdə Berlinin Rusiyaya qarşı hər hansı potensial hücumlarına mütənasib şəkildə cavab verəcəyini vurğulayıb.
Almaniya Rusiyanın qərarının əsassız olduğunu bildirib.