​Üç dəfə evləndi, övladlarını faciəli şəkildə itirdi, öləcəyini əvvəlcədən bilirdi - FOTO

​Üç dəfə evləndi, övladlarını faciəli şəkildə itirdi,
21:20 20.12.2021
348 Toplum
A- A+

Bu gün meyxana ustası Nizami Rəmzinin doğum günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.

1. Nizami Rəmzi ailənin ilk övladı olub. Atasını çox erkən itirdiyindən ailənin bütün yükü onun üzərinə düşüb.

2. İlk ailəsi dağılandan sonra ikinci dəfə Hicran adlı qadınla evlənən Nizami anasının bu evliliyə etiraz edəcəyindən ehtiyat edib bu haqda ona heç nə demir. Ona görə də evli ola-ola anası Nizamidən yenidən evləndirir. Lakin, o, anasının gəlin gətirdiyi qadına qarşı soyuq davrandığı üçün bir müddət sonra həmin qadın evdən gedir. Nizami isə onun gedişində həmişə özünü günahkar bilir.

3. Hicran adlı qadından isə onun dörd övladı doğulur. Bir qızı və oğlu faciəli şəkildə həlak olur. Nizami oğlunun adını özünə təxəllüs götürür. Ancaq Nizami Hicrandan da ayrılır. Ayrılığa səbəb isə qadın qısqanclığı olur.

 

4. Nizami qadınla duet ifa edən ilk meyxanaçı olub. Çox yaraşıqlı kişi olduğundan qadınlar özləri onu çay içməyə dəvət edib, şəkil çəkdirirmişlər. Həddindən artıq ağır xasiyyəti olduğundan onu güldürmək çox çətin imiş. Qapı döyüləndə qapıya qadın xeylağının getməsinə qarşı çıxacaq qədər mühafizəkar olub.

5. Üçüncü evliliyi sonbeşiyim adlandırdığı özündən 23 yaş balaca Sevda adlı qadınla olub. Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edərək deyib: “Mənimlə qalarsan?” Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşulub qaçır. Onların bu evlilikdən Seyla adlı bir qızı olub. Atası üç yaşında rəhmətə getdiyindən Sevdanı ana babası saxlayır. Nizami ilə qoşulub qaçdığı üçün babası onu heç vaxt bağışlamır. Hətta öləndə də vəsiyyət edir ki, nəvəsini yasına buraxmasınlar.

8. Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Buna səbəb isə Ağasəlimin musiqili meyxananın əleyhinə olması olub. Onun fikrincə meyxana ancaq nağara ritmi üzərində deyilməli idi. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb. Onun ölümündə Ağasəlim Çıldağın adı hallansa da bu barədə heç nə sübut olunmayıb.

9. Ölümündən on gün əvvəl meyxanaçı dostu Kəbirlə birgə söhbətləşirmişlər. Kəbir kəndlərində dəfn olunan ölünün qəbirdə dirilməsindən, kəfəninin cırmasından söhbət edib deyib, “Nizami, sən də öləcəksən, Ağasəlim də. Mən isə meyxananın kralı olacağam”. Nizami isə cavabında belə deyib. “Elə şey yoxdur, biz ikimiz də bir yerdə öləcəyik”. Bu söhbətdən 19 gün sonra 1990-cı il yanvarın 19-da hər iki dost avtomobil qəzasına düşərək həlak olublar. Deyilənə görə Nizami az yaşayacağını bilirmiş. Bir qaraçı qadın fal açaraq deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan.

10. Nizami rəhmətə gedəndə Sevda 4 aylıq hamilə olub. Oğlu olacağını bilsə də, Nizaminin dəfnindən 40 gün sonra uşağı tələf etdirib. Anasının isə oğlunun ölümündən xəbəri olmayıb, evdə qutab bişirəndə gəlini qapıdan içəri girib. Heç nədən xəbərsiz ana gəlinin simasından anlayıb ki, oğluna nə isə olub. Xəmirli əlləri ilə dizinə çırpıb qışqırıb: “Nizami hanı? Balama nəsə olub?”