Vaşinqtonun Yaxın Şərqdəki hava zərbələri nəticəsində mülki əhali arasında itkiləri gizlətməsi ilə bağlı mediada yayılan məlumatlar dəhşət yaradır.
Sülh.info.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Qeyd edək ki, daha öncə “Nyu York Tayms” qəzeti Pentaqonun tədqiq edilmiş sənədlərinə istinad edərək yazıb ki, ABŞ-ın Suriya, İraq və Əfqanıstana hava zərbələri endirməsi zamanı həlak olan mülki şəxslərin sayı lazımi səviyyədə qiymətləndirilməyib.
İlkin hesablamalara əsasən, ABŞ Silahlı Qüvvələrinin hücumları nəticəsində 1,5 mindən çox mülki şəxs dünyasını dəyişib.