​Böhran bitdi: Lirə bahalaşacaq - Ekspert

​Böhran bitdi: Lirə bahalaşacaq -
11:45 21.12.2021
A- A+

Ərdoğanın ötən gün açıqladığı qərarlar xarici valyutaya meyli dayandıracaq. Vətəndaşlar əllərindəki pulların "əriməsindən" şikayətlənirdilər. Ona görə də xarici valyutaya meyil var idi.

 Sülh.info.az xəbər verir ki, bunu iqtisadçı ekspert Dilək Güngör deyib.

Vətəndaşların hələ də hökumətə güvəni olduğundan danışan Güngör Ərdoğandan gözlənilən açıqlamanın gəldiyini söyləyib:

"Lirənin ucuzlaşması bu gün də davam edəcək. Hamı pulunu xarici valyutaya yatırırdı. Bugündən etibarən vətəndaşlar valyuta satışına başlayacaq”.

Qeyd edək ki, ötən gün Ərdoğanın hökumətin iclasından sonra valyuta ilə bağlı açıqlaması lirənin dəyər qazanmasına səbəb olub. Son məzənnəyə əsasən, 1 dollar 13,20, 1 avro isə 14,9 türk lirəsi təşkil edib.